Çilidə koronavirus peyvəndi oğurlanıb

Çilidə koronavirus peyvəndi oğurlanıb
  09 Fevral 2021    Oxunub:2172
Çilidə tibb mərkəzindən koronavirus peyvəndi oğurlanıb.
Azvision.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır.

Çinin “Sinovac” şirkətinin istehsalı olan 40 vaksin ölkənin mərkəzi hissəsində yerləşən Kuriko şəhərindəki tibb mərkəzindən oğurlanıb. Faktla bağlı prokurorluq tərəfindən aparılan istintaqla paralel, yerli hökumət səviyyəsində inzibati və daxili araşdırma başladılıb.

Qeyd edək ki, Çilidə kütləvi vaksinasiyaya başlanılıb, ilk mərhələdə yaşlılar və həkimlər peyvənd olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti