Hesab 0-2 oldu - VİDEO

  26 Mart 2013    Oxunub : 530
Hesab 0-2 oldu - VİDEO
Bu gün futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Bakıda Portuqaliya yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Topları 63-cü və 79-cu dəqiqələrdə millimizin qapısından Brunu Alveş və Uqu Almeyda keçiriblər.

55-ci dəqiqədə yığmamızın üzvü Rauf Əliyev qırmızı vərəqə alaraq meydançadan çıxarılıb.

Azərbaycan millisinin 6 görüşdən sonra 3 xalı var.


Teqlər: