Muzdla çalışanların sayı artıb

Muzdla çalışanların sayı artıb
  09 Fevral 2021    Oxunub:1599
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1 milyon 691,8 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul çalışıblar.

Azvision.az



Teqlər: Muzdlu-işçi  





Xəbər lenti