Azərbaycan neftinin qiyməti 61 dolları ötdü

Azərbaycan neftinin qiyməti 61 dolları ötdü
  09 Fevral 2021    Oxunub:2496
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,6 dollar artaraq 61,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə ötən il fevralın 22-də 60 dollar/barreli keçmişdi.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti