Azərbaycan-Portuqaliya Matçı başladı

Azərbaycan-Portuqaliya Matçı başladı
  27 Mart 2013    Oxunub:1678
Bu gün Azərbaycan futbolçuları 2014-cü il dünya çempionatının seçmə turnirində növbəti oyununu keçirilir.
Qeyd edək ki, milli komandamız F qrupunda mübarizə aparır. Milli komandamızdan zədəli olan Vaqif Cavadov meydançaya çıxmayacaq. Rəqib komandada isə komandanın kapitanı və lideri Kriştianu Ronaldu cəzalı, Nani isə zədəli olduğu üçün millimizə qarşı forma geyməyəcəklər.

Xatırladaq ki, 2012-ci il sentyabrın 11-də seçmə turnirin Braqadakı ilk oyunda meydan sahibləri millimizə 3-0 hesabı ilə qalib gəlib. Ötən həftə İsraillə səfər oyununu 3-3 hesabı ilə başa vuran Portuqaliya komandasının hesabında 8 xal var.

Portuqaliyalılar İsrail komandası ilə 2-3-cü yerləri bölüşürlər. Ötən görüşdə Lüksemburqla qolsuz bərabərliklə yekunlaşan səfər oyunundan daha bir xal əldə edən futbolçularımız isə Şimali İrlandiya komandası ilə 4-5-ci yerləri bölüşür. Lakin bizimlə eyni xalı olan Şimali İrlandiya bir oyun az keçirib. Şimali İrlandiyanın bugünkü rəqibi İsrail komandası olacaq. “F” qrupunun lideri isə 4 oyundan maksimum nəticə əldə edən Rusiya yığmasıdır.

Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Portuqaliya milli komandalarının cavab görüşünü Andre Marrinerin rəhbərliyi ilə ingilis hakimlər briqadası idarə edir.

Ona həmyerliləri Simon Peter Bennett, Stuart Burt və Entoni Taylor kömək edirlər.

Matçın hakim-inspektoru Levan Paniaşvili (Gürcüstan), komissarı isə İstvan Huszardır (Macarıstan).


Teqlər:  





Xəbər lenti