Teymur Rəcəbov bu gün 5 görüş keçirəcək

Teymur Rəcəbov bu gün 5 görüş keçirəcək
  07 Fevral 2021    Oxunub:3538
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin ikinci yarış günündə daha 5 turda mübarizə aparacaq.
Azvision.az xəbər verir ki, şahmatçımız ilk görüşünü Aniş Giriyə (Niderland) qarşı keçirəcək. Onun sonrakı rəqibləri Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Qujrati Vidit Santoş (Hindistan) və Daniil Dubov (Rusiya) olacaq.

Qeyd edək ki, T.Rəcəbov turnirin ilk beş turunda 5 oyundan 3 xal toplayıb və bu nəticə ilə 4-6-cı yerləri bölüşür. Turnirin lideri 4,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir.

Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, “Champions Chess Tour” şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. T.Rəcəbov seriyanın ikinci turniri “Airthings Masters”də qalib gəlməklə “Champions Chess Tour”un sentyabrında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti