30 yaşlı futbolçu yaşadığı evdə intihar etdi

30 yaşlı futbolçu yaşadığı evdə intihar etdi
  07 Fevral 2021    Oxunub:3320
Argentinanın “Qodoy-Krus” klubunun futbolçusu Santyaqo Qarsiya intihar edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

Qarsiyanın cəsədinin yanında silah tapılıb. İlkin ehtimala görə, futbolçu intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qarsiya komandasının bombardiri olub. O, çempionatda 51 qola imza atıb. Bundan əvvəl isə Uruqvayın "Nasyonal" və "River Pleyt", Braziliyanın "Atletiko Paranaense", Türkiyənin "Kasımpaşa" komandalarında çıxış edib.

Azvision.az


Teqlər: Futbolçu  





Xəbər lenti