İstanbul derbisini “Qalatasaray” qazandı

 İstanbul derbisini “Qalatasaray” qazandı
  07 Fevral 2021    Oxunub:3490
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.
Azvision.az xəbər verir ki, derbi görüşündə çempionluğa iddialı olan iki komanda “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gəlib.

“Ülkər” stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qalatasaray”a səfərdə 3 xal qazandıran yeganə qolu 54-cü dəqiqədə Mostafa Mohamed vurub.

Qeyd edək ki, bu görüşdən sonra “Qalatasaray” 48 xalla turnir cədvəlində liderdir. Eyni xala sahib olan “Fənərbaxça” isə ikinci sıradadır.

Azvision.az


Teqlər: Qalatasaray   Fənərbağça  





Xəbər lenti