Azərbaycan Gürcüstana qaz ixracını azaldıb

Azərbaycan Gürcüstana qaz ixracını azaldıb
  05 Fevral 2021    Oxunub:1119
Ötən il Azərbaycandan Gürcüstana Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə 1,1 mlrd. kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 2,8% azdır.
Azərbaycan Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən kəmərlə Gürcüstana nəql edilən qazın 0,9 mlrd. kubmetri (5,6% artım) Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasil edilən qazın payına düşüb, qalan 0,3 mlrd. kubmetri (23,5% azalma) SOCAR tərəfindən göndərilib.

Bununla yanaşı, 2020-ci ildə Qazıməmməd-Qazax qaz kəməri vasitəsi ilə 1,2 mlrd. kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 3,8% azdır.

Ümumiyyətlə, nazirliyin məlumatına görə, ötən il Azərbaycan Gürcüstana 2,3 mlrd. kubmetr qaz ixrac edir.

Nazirliyin məlumatına görə, ötən il Azərbaycan 13,5 mlrd. kubmetr qaz ixrac edib. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 15,6% çoxdur.

Azvision.az


Teqlər: Qaz   Neft  





Xəbər lenti