7 min qutu aksizsiz tütün məmulatları aşkarlandı

7 min qutu aksizsiz tütün məmulatları aşkarlandı
  05 Fevral 2021    Oxunub:2737
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisi Abbasov Xəzər Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanda yerləşən “Xəzər market”də operativ vergi nəzarəti tədbiri həyata keçirilib.
Dövlət Vergi Xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir zamanı obyektdə külli miqdarda – dəyəri 14,4 min manat olan 7 min qutu aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatları aşkar edilib.

Müəyyən olunmuş faktlar protokollaşdırılıb və vergi ödəyicisi barəsində materiallar hüquqi qiymət verilməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təqdim olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatlarının istehsalı, satışı və saxlanması ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görüləcək.

Azvision.az



Teqlər: Siqaret  





Xəbər lenti