Dövlət Xidmətinə 46 mindən çox müraciət daxil olub

Dövlət Xidmətinə 46 mindən çox müraciət daxil olub
  04 Fevral 2021    Oxunub:2193
Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Çağrı Mərkəzinə onlayn çat və sosial şəbəkələr vasitəsi ilə 46 444 müraciət daxil olub.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, onlardan 43 694-ü 193 Çağrı Mərkəzinin, 2 750-si isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 42 903-ü sorğu xarakterli, 791-i isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və rüsumlar, dövlət reyestrindən çıxarışın alınması, daşınmaz əmlak barədə yüklülük, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və s. məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Azvision.az



Teqlər: Müraciət  





Xəbər lenti