Obamanın baxdığı seriallar – VİDEO

Obamanın baxdığı seriallar – VİDEO
  19 Fevral 2014    Oxunub:1245
ABŞ prezidenti Barak Obama möhkəm serial həvəskarıdır. O, hətta HBO kanalının rəhbəri Riçard Peplerdən xahiş edib ki, `Taxt oyunları` və `Əsl detektiv` seriallarının yeni sezonlarını premyeradan qabaq ona göstərsinlər. Belə ki, bayram günlərini bu seriallara baxmaqla keçirmək istəyir.

AzVision.az xəbər verir ki, Obama Fransa prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət zamanı televiziya rəhbərindən bunu xahiş edib.

`Taxt oyunları` serialının yeni sezonu aprelin 7-də HBO kanalında göstəriləcək. Bu həftə kanal serialın yeni treylerini yayımlayıb .

Bundan başqa, Barak Obama siyasi dram mövzusunda olan `Kart evcik` serialının da həvəskarıdır.

Amerika prezidenti həmçinin, `Əl-Qaidə` tərəfə keçən və terrorçi təşkilata casusluq edən amerikalı desantın taleyindən bəhs edən `Vətən` serialını izləyir.

ABŞ prezidentinin ən sevinli serialı isə `Dinləmə` siyasi-kriminal dramıdır.

Bu da Obamanın sevimli seriallarının treylerləri:

`Taxt oyunları`:




`Əsl detektiv`:



`Kart evcik`:



`Vətən`:



Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti