“Azeri Light”ın qiyməti 60 dollara çatır

“Azeri Light”ın  qiyməti 60 dollara çatır
  04 Fevral 2021    Oxunub:1589
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,02% azalaraq 1 barelə görə 58,68 dollar təşkil edib.
Azvision.az -ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,52% artaraq 55,98 dollar təşkil edib.

"Azeri LT CIF" markalı xam neftin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,76 % artıb. Nəticədə Azərbaycanın dünya bazarına çıxararaq satdığı neftin bir barelinin qiyməti 59,51 ABŞ dolları təşkil edib.


Azvision.az


Teqlər: Neft  





Xəbər lenti