Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
  04 Fevral 2021    Oxunub:2026
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib
Azvision.az “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadən xəbər verir ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

Bildirilib ki, "Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə müəssisələrdə video yoxlamalar aparılır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

Pomidor idxalına icazə verilə müəssisələr Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşir.

Azvision.az


Teqlər: Rusiya   Pomidor   İxrac  





Xəbər lenti