BP ötən il 5,7 milyard dollar zərər edib

BP ötən il 5,7 milyard dollar zərər edib
  04 Fevral 2021    Oxunub:2293
BP 2020-ci ili 5,7 milyard dollar zərərlə başa vurduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, 2020-ci ilin son rübündə şirkətin xalis mənfəəti 115 milyon dollar olub.

Son 1 ildə aşağı neft və təbii qaz qiymətləri, azalan qlobal neft tələbatının şirkətin mənfəət marjında itkiyə səbəb olduğu bildirilib. Yeni növ koronavirus epidemiyasının BP-nin 2021-ci ildəki fəaliyyətinə təsir göstərməkdə davam edəcəyi qeyd olunub.

BP-nin baş icraçı direktoru Bernard Luni deyib: “2020-ci il həmişə COVID-19-un yaratdığı ağrı və kədərlə xatırlanacaq. Həyatlar və insanların dolanışıqları məhv oldu. Sənayemizə də çox zərbə vuruldu. Nəqliyyat və hava yolu, neft tələbatı və qiymətlər, eləcə də mənfəət dərəcələri azaldı. 2020-ci il karyeramın ən çətin ili oldu. 2021-ci ildə daha yaxşı günlər gözləyirik”.

Şirkətin açıqladığı zərər gözləntiləri də aşıb. Belə ki, analitiklər BP-nin xalis zərərinin 4,8 milyard dollar olacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, BP 2019-cu ildə 10 milyard dollar xalis mənfəət əldə etmişdi.

Azvision.az


Teqlər: BP  





Xəbər lenti