Qar yağacaq

 Qar yağacaq
  19 Fevral 2014    Oxunub:1230
Fevralın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AzVision.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntı olacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Temperatur gecə və gündüz 2-6° isti, Bakıda gecə və gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 3-7° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-4°, gündüz 4-9° isti olacaqdır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 8-13°, gündüz 0-3° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-6°, gündüz 6-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 4-7° isti, gündüz 7-10°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacaq.


Teqlər:





Xəbər lenti