“Fənərbaxça” və “Qalatasaray” qələbə qazandı

“Fənərbaxça” və “Qalatasaray” qələbə qazandı
  03 Fevral 2021    Oxunub:5182
Türkiyə Super Liqasında 23-cü turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.

Lider “Fənərbaxça” səfərdə “Hatayspor”un qonağı olub. Mesut Özilin debüt etdiyi matçda qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

"Başakşəhər” klubu Aykut Kocamanın rəhbərliyi altında ilk görüşündə “Qalatasaray”a 3:0 hesabla məğlub olub. “Rizəspor” - “Kasımpaşa” oyunu isə heç-heçə yekunlaşıb.

“Hatayspor” – “Fənərbaxça” – 1:2
“Qalatasaray” – “Başakşəhər” – 3:0
“Rizəspor” – “Kasımpaşa” – 1:1


Qeyd edək ki, bu qələbədən sonra xal sayını 48-ə çatdıran "Fənərbaxça" liderliyini möhkəmləndirib. "Qalatasaray" 45 xalla 2-ci, "Beşiktaş" isə 44 xalla 3-cü sırada yer alıb.

Azvision.az


Teqlər: “Fənərbaxça”   “Qalatasaray”  





Xəbər lenti