Abşeronda tank əleyhinə minalar tapılıb

Abşeronda tank əleyhinə minalar tapılıb
  19 Fevral 2014    Oxunub:1161
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qaraboğaz düzənliyində vətəndaşa məxsus ərazidə döyüş sursatı aşkarlanıb.
Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Sursatın istifadəyə yararlı 3 ədəd tank əleyhinə mina olduğu müəyyən edilib.

Minalar hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətinə verilib. Əməliyyat haqqında əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti