Ən çox kinoya fransızlar baxır

Ən çox kinoya fransızlar baxır
  19 Fevral 2014    Oxunub:1480
Avropa Audiovizual Rəsədxanası 2013-cü il üçün Avropanın kinoteatr bazarı ilə bağlı hesabat yayıb.

AzVision.az Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hesabata əsasən, ötən il köhnə qitədə kinoya ən çox bilet Fransada satılıb.

Bu ölkədə kinoya il ərzində 192,8 milyon bilet satılıb. Fransada bilet satışı 2012-ci illə müqayisədə 5,3 faiz azalıb.

Slyahının ikincisi olan Rusiyada isə bilet satışı 2012-ci ilə nisbətən 10,5 faiz artaraq 173,5 milyon ədəd təşkil edib.

Azalma üçüncü olan Böyük Britaniyadan da yan keçməyib. 4 faiz azalmanın qeydə alındığı Britaniyada alınan biletlərin sayı 165,5 milyon ədəddir.


Teqlər:





Xəbər lenti