Binəqədinin bir hissəsində qaz olmayacaq

Binəqədinin bir hissəsində qaz olmayacaq
  01 Fevral 2021    Oxunub:3907
Fevralın 2-də Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 millimetr olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti