Çörək satışı daha bir il vergidən azad edildi

 Çörək satışı daha bir il vergidən azad edildi
  01 Fevral 2021    Oxunub:3643
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Habelə, kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.

Dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Çörək   Un   ƏDV  





Xəbər lenti