217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi |
Hindistan Butan, Nepal, Əfqanıstan, Şri-Lanka, Mavrikiy, Oman, Nikaraqua, Afrika və Pasifik ölkələrinə peyvəndlər göndərməyə başlayıb. Hindistan dünya dərman istehsalında üst sıralardadır. Dünyada müxtəlif vaksinlərin istehsalının 60 faizi Hindistanın payına düşür. Koronavirusa yoluxanların və ölənlərin sayına görə isə Hindistan da Amerika kimi ön sıralardadır. Buna görə Hindistan ilk növbədə öz vətəndaşlarını xilas etməlidir. Bu ölkənin əhalisi 1 milyard nəfəri aşır.
Buna baxmayaraq, Hindistan icad etdiyi vaksinlərini başqa ölkələrə satmağa da hazırdır. Çin üçün daxili bazar vacib deyil. Çünki, Hindistandan fərqli olaraq Çində virusun yayılmasının qarşısı alınıb, yoluxanların sayı nəzarət altındadır. Ona görə də Çin öz vaksinlərini daha çox dünya bazarlarına çıxarır və bundan gəlir əldə edir. Hindistan isə icad etdiyi vaksinləri həm daxildə istifadə etməli, həm də müxtəlif ölkələrə satmalıdır.
Bir müddət keçdikdən sonra başqa ölkələr də vaksin istehsalına başlayacaqlar. Misal üçün Türkiyədə vaksin sınaqları davam edir. Sadəcə bir neçə ölkə vaksin istehsalında irəli çıxdı və ona görə bir sıra dövlətlər həmin vaksinləri almaq məcburiyyətində qaldı. Ancaq vaksin alınmasında şaxələndirmə siyasəti aparılır. Yəni bir ölkə vaksin almaqda yalnız bir ölkədən asılı olmaq istəmir. Ölkələr həm Rusiya, həm Çin, həm Almaniya, həm də Hindistan vaksinlərini alırlar. Bu vaksin alan ölkənin vaksin satan ölkədən asılılığını azaldır.
Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az