Rusiya qapılarını açdı, ermənilər yenə narazıdır

 Rusiya qapılarını açdı, ermənilər yenə narazıdır
  01 Fevral 2021    Oxunub:2871
Ermənistandan Rusiyaya gediş-gəlişin bərpa olunmasına baxmayaraq, ermənilər yenə şikayətlənirlər.
Azvision.az xəbər verir ki, Rusiyaya getməyə hazırlaşan ermənilər aviabiletlərin baha olmasından narazıdırlar.

Məlumata görə, hazırda İrəvan-Moskva reysi üzrə ən ucuz biletin qiyməti 250.000 dram, təxminən 480 ABŞ dolları təşkil edir. Biletlərin orta qiyməti 395.821 dramdır. (təxminən 760 ABŞ dolları-red.)



Həmçinin bildirilir ki, martın 1-dən etibarən Ermənistan vətəndaşları üçün Rusiyaya girişin yenidən dayandırılacağı gözlənilir. Çünki epidemiya Rusiyanın sosial-iqtisadi durumuna mənfi təsir etdiyindən bu ölkə Ermənistandan böyük miqrant köçünə hazır deyil.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bilet   İrəvan   Moskva   Miqrant  





Xəbər lenti