ABŞ Myanmadakı vəziyyətdən narahatdır

 ABŞ Myanmadakı vəziyyətdən narahatdır
  01 Fevral 2021    Oxunub:1923
ABŞ hakimiyyəti Myanmada saxlanılan dövlət rəsmilərinin azad olunmasını tələb edir.
Azvision.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.

Çin Myanma ilə sərhəddə hərbi təlimlər keçirir
"ABŞ Birma (Myanmanın əvvəlki adı - red) ordusunun dövlət müşaviri Aun San Su Çji və digər məmurların tutulması barədə məlumatlar da daxil olmaqla, hakimiyyətin demokratik şəkildə keçidinin pozulması istiqamətində addımlar atıldığına dair xəbərlərdən narahatdır", - deyə Ağ Ev rəsmisi vurğulayıb.

O, əlavə edib ki, ABŞ Prezidenti Cozef Bayden vəziyyət barədə məlumatlandırılıb.

“Birmanın demokratik qurumlarını qətiyyətlə dəstəkləməyə davam edirik və regional tərəfdaşlarımızla koordinasiyalı şəkildə hərbi və digər bütün tərəfləri demokratik normalara, qanunun aliliyinə riayət etməyə, həbs olunanları sərbəst buraxmağa çağırırıq .

ABŞ son seçkilərin nəticələrini dəyişdirmək və ya Myanmada hakimiyyətin demokratik şəkildə ötürülməsinə maneə törətmək cəhdlərinə qarşı çıxır və geriyə addım atılmasa, məsuliyyət daşıyanlara qarşı tədbir görəcək".

Xatırladaq ki, Myanmada ordu ölkənin Prezidenti Vin Myini, dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti