Paşinyanın arvadını ABŞ-da “xain” şüarları ilə qarşıladılar

Paşinyanın arvadını ABŞ-da “xain” şüarları ilə qarşıladılar
  01 Fevral 2021    Oxunub:2311
Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfəri yerli ermənilər tərəfindən qəzəblə qarşılanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Baş xainin arvadı bu yaxınlarda Los-Angeles hava limanında göründü. Anna Akopyan ABŞ-da "xain" plakatları ilə qarşılandı”,- deyə ABŞ-da etiraz aksiyası keçirən politoloq Robert Marqaryan bildirib.

Həmçinin qeyd edilib ki, Akopyan Los-Ancelesə mühafizəçiləri ilə gedib və burada fevralın 1-də özünə ad günü məclisi keçirməyi planlaşdırır.

Xatırladaq ki, ötən ay Akopyanın Rusiyaya gizli səfər etməsi erməni cəmiyyətində etiraz doğurmuşdu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Akobyan   Xain   ABŞ  





Xəbər lenti