Yoluxma sayı 103 milyonu keçdi - Dünya statistikası

Yoluxma sayı 103 milyonu keçdi -  Dünya statistikası
  01 Fevral 2021    Oxunub:2566
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 103 milyon 528 min 794 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 237 min 790 nəfərdir. İndiyədək 75 milyon 130 min 5ə230 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 767 229 nəfər virusa yoluxub, 452 279 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 758 619 yoluxma qeydə alınıb. Onlardan 154 428 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 204 731 nəfərdə virus aşkar edilib. Xəstələrdən 224 534 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 850 439 yoluxma, 73 182 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 817 176 nəfər virusa yoluxub ki, onlardan 106 158-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti