Myanmada dövlət çevrilişi: Prezident saxlanıldı

Myanmada dövlət çevrilişi:  Prezident saxlanıldı
  01 Fevral 2021    Oxunub:2465
Myanmada hərbçilər dövlət çevrilişi edib.

Azvision.az xəbər verir ki, ölkə prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji saxlanılıb. Onların hərbçilər tərəfindən saxlanıldığı bildirilir.
Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bəyan ediblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər. Həmçinin, ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib.

Məlumata əsasən, fövqəladə vəziyyətin tətbiqinə dair bəyannamə Myin Sve tərəfindən imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti