Blogerlə hakimiyyət dəyişməz - Murad Köhnəqalanın yazısı

   Blogerlə hakimiyyət dəyişməz -    Murad Köhnəqalanın yazısı
  01 Fevral 2021    Oxunub:14519
Sən demə, Moskvanın mərkəzində baş tutan birinci (23. 01. 2021) icazəsiz mitinqdə koronavirusa yoluxmuş 19 adam iştirak edibmiş. Buna görə koronadan müalicə müəssisələrində gücləndirilmiş iş rejiminə keçilib. Və mitinqçilər arasında virusun yayılmasının qarşısını almaq üçün polislər mitinq iştirakçılarına maska paylayaraq, "xalqın qeydinə qalıblar".
Hakimiyət tərəfi elan edib ki, mitinqçilər həm də azyaşlılardan istifadə etdiklərinə görə böyük qanun pozuntusuna yol veriblər. Olmaz belə, yoldaşlar! Karonanın tüğyan elədiyi bir vaxtda nə mitinq? Axı, hökmət sizin sağlamlığınız üçün cavabdehlik daşıyır?! Ona görə, kim mitinqə çıxmaq istəyir, qoy, sabahdan həkimdən sağlamlıq kağızı gətirib polislərə göstərsin! Vəssalam! Bununla da mitinq eyforiyası sona erəcək. Bu, heç.

Amma, Azərbaycanın Qarabağda başlatdığı müharibə Rusiya əhalisinin xeyli marağını çəkmişdi. Döyüşlər ərəfəsində hansısa qüvvənin Rusiyanı kənara itələməsi, Putinin seyirçi vəziyyəti rusları xeyli şübhəyə saldı. Rus xalqı demokratiya yox, güclü dövlət istəyir. Rus xalqı bilir ki, hər tərəfdən özünə düşmən yığan Rusiya gücdən düşsə, onu heç bir xırda dövlət bağışlamayacaq. Ona görə rus xalqına Navalnı demokratiyası yox, güclü rəhbər, güclü dövlət lazımdır. Ancaq Avropanın və Qərbin də Rusiya haqda öz planları var.

Xəbərlədə deyilir ki, Rusiya karonavirusa yoluxan insanların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir. Ancaq nədənsə, son mitinqlərə qədər Rusiya karona-zad hərləmirdi.

Nəyi demək istəyirəm? Rusiyada bir-iki etiraz mitinqi olan kimi bizim “sosset”də dərhal siyasi şərhçilər çoxaldı. Hamısı da "Rusiya dağılacaq!", Rusiya uje dağılır!" kimi fikirlər paylaşdılar.

Bizim adamlar ya çox savadsız, ya da çox sadəlövhdülər. A kişi, bu cür etiraz mitinqi ilə Putin taxtdan düşərmi? Adam ölkəsində bütün xəfiyə idarələrinə şəxsən rəhbərlik edir. Hələ Lukaşenko bir yana, bu qədər siyasi iflasdan sonra ermənilər nüfuzunu tamamilə itirmiş Paşinyanı yıxa bilmədilər, qalmışdı Putin! Putin kimi oturuşmuş bir dövlət başçısını, pambıqla baş kəsəni mitinqlə yıxmaqmı olar, a kişi?

Maraqlıdı, bəs, Rusiyanı nasıl dağıdırsınız xəyallarınızda? Tutaq ki, Putin getdi, onda Rusiya dağılacaq? Elə bilirsiniz, Rusiyada hakimiyətə bir “democrat” gəlsə dərhal Rusiyanı müstəqil respublikalara ayıracaq? Necə deyərlər, bu ağılda neçə qardaşsınız?

Gördünüzmü, Rusiyada ilkin metoddan, yəni, dubinkadan və "damabasma"dan istifadə edən kimi mitinq yatdı. Bunun şaxtada su şırnağı, gözyaşardıcı qazı, rezin gülləsi də var axı hələ ən bəd ayaqda!

Deməyim o ki, Rusiyada Navalnı kimi blogerlə hakimiyət dəyişmək mümkün deyil. Bilirsinizmi, Navalnının həbsindən sonra hakimiyyət onun dost-tanışlarının evini hansı bəhanə ilə axtarışa məruz qoyub? Sən demə, həmin adamlar karonavirusdan qorunma qaydalarına riayət eləmirlərmiş. Putin belə bir məzəli axtarışla Navalnı kimisini ciddiyə almadığını demək istəyib.
Sizlərə deməyim budur ki, çox da sadəlövh olmayın, belə söhbətlərdə biraz ciddi olun.


Teqlər: Rusiya   Navalnı  





Xəbər lenti