Türkiyədə son sutkada 128 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 128 nəfər koronavirusdan ölüb
  01 Fevral 2021    Oxunub:2264
Türkiyədə son sutka ərzində 128 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6562 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 993, virusa yoluxanlar isə 2 477 463 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 362 415 pasiyent (son sutkada 7006 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti