Suriyada eyni vaxtda iki terror: 10 ölü, 24 yaralı var

 Suriyada eyni vaxtda iki terror:  10 ölü, 24 yaralı var
  31 Yanvar 2021    Oxunub:2335
Suriyanın Bab və Azez bölgələrində partlayış törədilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Azez bölgəsində partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Anoloji hadisə Bab əyalətində də qeydə alınıb. Ümumilikdə 10 nəfər terror aktının qurbanı olub, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hələlik heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti