Rusiyadakı aksiyada saxlanılanların sayı açıqlandı

 Rusiyadakı aksiyada saxlanılanların sayı açıqlandı
  31 Yanvar 2021    Oxunub:3141
Bu gün Rusiyada keçirilən etiraz aksiyalarında 1643 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, Moskvada saxlanılan etirazçıların sayı 338 nəfərdir.

Qeyd edək ki, bu gün Rusiyanın 142 şəhərində müxalifət lideri Aleksey Navalnının azad olunması tələbilə icazəsiz aksiyalar keçirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   aksiya  





Xəbər lenti