“Oktyabrın 14-də müharibəni dayandırmaq olardı” - Erməni deputat

“Oktyabrın 14-də müharibəni dayandırmaq olardı” -  Erməni deputat
  31 Yanvar 2021    Oxunub:3158
"Əgər Paşinyan Lavrovun planından imtina etməsəydi, Qarabağda müharibəni oktyabrın 14-ü dayandırmaq olardı".

Azvision.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyan "Facebook" səhifəsində bildirib.
O, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 2020-ci ilin 14 oktyabrında verdiyi müsahibədən bir hissəni hesabında paylaşıb.

Qeyd edək ki, sözügedən müsahibədə Lavrov işğal edilmiş ərazilərin iki mərhələdə qaytarılmasından və Qarabağın statusunun müəyyən olunmasından danışıb.

"14 oktyabrda müharibəni dayandırmaq üçün fürsət var idi. Həmin gün rəsmi məlumatlara görə, qurbanlarımızın sayı 800-ü keçməmişdi, eyni zamanda Qarabağın statusu məsələsini həll etmək üçün bir fürsət var idi", - deyə erməni deputat vurğulayıb.

Zohrabyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan bu təklifi "Lavrovun pis planı" hesab edərək rədd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti