Putin-Bayden danışıqlarının təfərrüatı: Liderlər nəyi etiraf etdilər?

Putin-Bayden danışıqlarının təfərrüatı:  Liderlər nəyi etiraf etdilər?
  31 Yanvar 2021    Oxunub:3782
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni lideri Cozef Bayden arasında söhbət işgüzar və praktik oldu. İki ölkənin liderləri dialoq tələb edən dərin fikir ayrılıqlarının olduğunu etiraf etdilər.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin və Bayden telefonla beynəlxalq münasibətlər və ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq imkanlarını, ABŞ-ın Açıq səma üzrə müqavilədən çıxması və CHB-3 müqaviləsinin uzadılması məsələlərini müzakirə ediblər.

"Açıqlıq ondan ibarətdir ki, tərəflər çox dərin fikir ayrılıqlarının olduğunu açıq şəkildə ifadə ediblər, lakin bununla yanaşı razılaşıblar ki, bu fikir ayrılıqları dialoqun olmamasını nəzərdə tutmamalıdır", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Azvision.az


Teqlər: Putin   Bayden   Peskov   Rusiya   ABŞ  





Xəbər lenti