Obamaya oxşayan `İblis` filmdən çıxarıldı – VİDEO

Obamaya oxşayan `İblis` filmdən çıxarıldı – VİDEO
  18 Fevral 2014    Oxunub:1355
`Allahın oğlu` filminin prodüserləri prezident Barak Obamaya bənzədiyi üçün İblis obrazını filmdən çıxarmalı olublar. `The Wrap` saytının məlumatına görə, filmdə İblis rolunu mərakeşli aktyor Mehdi Ouzani ifa edirmiş.

- Kimsə yazdı ki, bizim filmdəki İblis Barak Obamaya oxşayır. Bundan sonra aləm bir-birinə qarışdı. Mən gözləyirdim ki, bizim filmə baxanlar İsadan danışacaqlar. Amma əksinə oldu, İblisdən damışmağa başladılar. Ona görə də, biz İblisi filmdən çıxardıq. Və mən bunu böyük məmnuniyyətlə etdim`,- deyə filmin prodüseri Roma Dauni bildirib.

Aktyorun bu addıma münasibəti hələ ki məlum deyil.

Bu ayın sonunda ekrana çıxacaq `Allahın oğlu` filmini ` 20th Century Fox` studiyası çəkib. Tammetrajlı film ötən il `History Channel` kanalında yayımlanan `Bibliya` serialının əsasında hazırlanıb.

İblisi oynayan aktyor Mehdi Ouzaninin prezident Obamaya oxşaması haqda söhbətlər hələ serial gedərkən başlamışdı. Amma kanal bildirmişdi ki, Ouzanı hələ Obama prezident seçilməmişdən qabaq da İblis rolunu oynayıb.

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti