Rusiyada etiraz aksiyaları keçirildi - YENİLƏNİB

 Rusiyada etiraz aksiyaları keçirildi -  YENİLƏNİB
  01 Fevral 2021    Oxunub:4661
Rusiyada müxalifətçi Aleksey Navalnının azadlığa buraxılması tələbilə razılaşdırılmamış etiraz aksiyaları keçirilib.
Azvision.az xəbər verir ki, aksiyalar paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində təşkil olunub.

Qanunsuz aksiyalar zamanı 4 mindən çox etirazçının saxlanıldığı bildirilir. Hələlik saxlanılan nümayişçilərlə bağlı rəsmi açıqlama verilməyib.

***
(12:41)

Rusiyanın Yekaterinburq şəhərində icazəsiz aksiyada təxminən 2 min nəfər iştirak edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk bölgəsi üzrə Baş idarəsi məlumat yayıb.

Etirazçılar Yekaterinburqun mərkəzində, Gənclər Sarayı yaxınlığındakı parkda toplaşıblar. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Asayiş keşikçiləri səsucaldıcı ilə iştirakçıları aksiyanın icazəsiz olması barədə xəbərdar edir və ictimai asayişi pozmamağa çağırırlar.

Bundan başqa, Rusiyanın Novosibirsk şəhərinin mərkəzində təxminən 500 nəfər icazəsiz mitinqə toplanıb. Bu səbəbdən şəhərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı deyilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   aksiya  





Xəbər lenti