“SOCAR-ın ləğvi gündəmdə deyil” - Rəsmi açıqlama

   “SOCAR-ın ləğvi gündəmdə deyil” -    Rəsmi açıqlama
  31 Yanvar 2021    Oxunub:4714
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ləğvi, transformasiya və ya özəlləşdirilməsi gündəmdə deyil.

Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Real TV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, SOCAR ilə əlaqəli əsas məqsəd strukturu beynəlxalq bazarlarda daha güclü və rəqabətli etməkdir.
"Bu hədəflərə əsasən islahatlar aparıldı və SOCAR Müşahidə Şurasının formalaşması ilə nəticələndi", - deyən Rövşən Nəcəf qeyd edib ki, Müşahidə Şurasının formalaşdırılması Azərbaycan Dövlət Neft Şirkətinin korporativ strukturunun yaradılmasına yönəlib:

Nazir müavini, həmçinin uzunmüddətli perspektivdə alternativ və digər enerji mənbələri istehlakının artmasının, neft və qaz şirkətlərinin dövrün gerçəkliklərinə cavab verməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, SOCAR-da davamlı rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş islahatlar aparılır.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti