“Sabah” serbiyalı futbolçu ilə yollarını ayırdı

“Sabah” serbiyalı futbolçu ilə yollarını ayırdı
  31 Yanvar 2021    Oxunub:2831
“Sabah” komandası Nikola Vuyadinoviç ilə yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Nikola 2020-ci ilin yayından komandada çıxış edirdi. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Sabah   Klub  





Xəbər lenti