Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir

Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir
  31 Yanvar 2021    Oxunub:2734
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirləri davam edir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, yanvarın 28-də keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Elçin İbrahimova, Elşən Ağayevə məxsus mağazalarda, Nərimanov rayonunda Elşən İmanova məxsus ticarət obyektində, Valeh Bədəlova məxsus sexdə, Yasamal rayonunda “Ştutqart” MMC-yə məxsus mağazada, Tərgül Hacıyevaya məxsus iaşə obyektində, Nizami rayonunda Ədalət İbrahimova, Şahin Mehdiyevə, Vüqar Abbasova, Elmar Yusifliyə məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda Qədim Qafarova məxsus daş sexində, Binəqədi rayonunda Sübhan Adıgözəlova məxsus sexdə, “Öz Star” MMC-yə məxsus mağazada, Qaradağ rayonunda “Uluxanlı market”də, Səbail rayonunda Niyazi Namazova məxsus mağazada, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: İqtisadiyyatNazirliyi  





Xəbər lenti