Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib

 Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
  30 Yanvar 2021    Oxunub:2966
Ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18 913 hüquqpozma faktı aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

Bəzi mallar gömrük rüsumundan azad edildi
Komitə sədri bildirib ki, bu faktlardan 509-u cinayət xarakterli olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük orqanları tərəfindən (digər hüquq mühafizə orqanları ilə birlikdə) görülən tədbirlər nəticəsində 2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Bunların 96%-ni daha təhlükəli narkotik vasitə olan 1 ton 430 kq 538 qram heroin, 36 kq 702 qramdan çox tiryək, 5 kq 909 qram həşiş, 1 kq 169 qramdan çox marixuana, 1 kq 365 qramdan çox kokain, 15,5 qram metadon, 6 kq 354 qramdan çox metamfetamin, 1 kq 187 qram MDMA (ekstazi), 9 ədəd klonazepam, 4 kq 600 qram sulfat turşusu, 2 kq 556 qram xlorid turşusu və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2020-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108, o cümlədən 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunan 18404 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2360 hüquqi şəxs (o cümlədən 861 xarici hüquqi şəxs) və 16064 fiziki şəxs (o cümlədən 11301 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib.

Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340 800,0 ABŞ dolları, 2 007 491,0 rus rublu, 110 326,0 manat dəyərində 287 ədəd qızıl-zinət əşyaları, 12 848,0 manat dəyərində 531 ədəd gümüş-zinət əşyaları, 3418 manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib.

Azvision.az


Teqlər: Gömrük   DGK   Səfər-Mehdiyev  





Xəbər lenti