FHN itkin düşən qadını kanalda axtarır

FHN itkin düşən qadını kanalda axtarır
  30 Yanvar 2021    Oxunub:2760
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti