Xızıda iki nəfər köməksiz vəziyyətdə qaldı

Xızıda iki nəfər köməksiz vəziyyətdə qaldı
  30 Yanvar 2021    Oxunub:2560
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Fındığan kəndində 2 nəfərin tikilməkdə olan ikimərtəbəli fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xızı  





Xəbər lenti