Mərkəzi Bank müsabiqə elan etdi

Mərkəzi Bank müsabiqə elan etdi
  30 Yanvar 2021    Oxunub:3225
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və qalibiyyətlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xatirə pul nişanlarının dizaynının yaradılması ilə bağlı müsabiqə elan edib.
AMB-dən Azvision.az -a bildirilib ki, müsabiqə aşağıdakı mövzuları əhatə edir:

1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

2. “Şuşa - Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

3. “Azərbaycanın memarlıq incisi- Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

4. “Ulu öndər Heydər Əliyev - “Bir millət, iki dövlət” qardaşlıq salnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:

- “Cəbrayıl rayonu”

- “Füzuli rayonu”

- “Zəngilan rayonu”

- “Qubadlı rayonu”

- “Ağdam rayonu”

- “Kəlbəcər rayonu”

- “Laçın rayonu”

- “Xocavənd rayonu”

- “Suqovuşan kəndi”

Müsabiqədə iştirak etmək üçün iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti və xatirə pul nişanlarının eskizləri fevralın 22-si saat 18:00-dək Mərkəzi Banka təqdim olunmalıdır. Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq. Qalib gəlmiş eskiz əsasında xatirə pul nişanlarının dizaynı hazırlanacaq.

Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunub.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti