Həyat yoldaşı Larri Kinqin ölüm səbəbini açıqladı

Həyat yoldaşı Larri Kinqin ölüm səbəbini açıqladı
  29 Yanvar 2021    Oxunub:1624
Dünyaca məşhur jurnalist Larri Kinqin ölümünə koronavirus deyil, qan zəhərlənməsi – sepsis səbəb olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistin həyat yoldaşı Şon Kinq deyib.

Qeyd edək ki, televiziya ulduzu yanvarın 23-də 87 yaşında vəfat edib. Ona daha əvvəl koronavirus diaqnozu qoyulması və həkimlərin xəstəxanaya yerləşdirilməsində israr etməsi barədə məlumat yayılmışdı.

Bundan əlavə, son illərdə Kinq daim sağlamlığından şikayətlənirdi.

Xatırladaq ki, aktrisa Şon Larri Kinqin səkkizinci həyat yoldaşıdır. Cütlük 1990-cı illərin sonunda evlənib və aparıcının ölümünə qədər birlikdə olublar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LarriKinq  





Xəbər lenti