“Ordumuzun olmadığını, öldüyünü qəbul etməliyik” - Sarkisyanın kürəkəni

 “Ordumuzun olmadığını, öldüyünü qəbul etməliyik” -  Sarkisyanın kürəkəni
  29 Yanvar 2021    Oxunub:2303
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ermənilərin dünən ordu günü münasibətilə bir-birilərini təbrik etməsini qınayıb.
Azvision.az xəbər verir ki, keçmiş diplomat insanları reallıqla barışmağa çağırıb:

“Bizim başqa ordumuz yoxdur! İnsanlar erməni zabitinin şərəfindən, ordunun döyüş səmərəliliyindən danışaraq onu bayram münasibətilə təbrik etdilər. Ancaq düzünü desəm, anlaya bilmirəm ki, reallıqda bu cür özünü aldatmaq mümkündürmü? Ordunun erməni xalqını xarici düşməndən qorumaq missiyası var idi. Bu missiya uğursuz oldu. İkincisi isə, ordu ölkəni daxili düşməndən də xilas edə bilər. Bunu da etməyib. Üstəlik, bəlkə yeganə bizim ordudur ki, son müharibədə hər dəfə geri çəkildikdən və məğlub olduqdan sonra milli qəhrəmanlar, yeni generallar və yeni medalçılar qazandıq... Ancaq təbrik və pafos axını dayanmır.

Bu ordunu yaradan insanları bayram münasibətilə təbrik edirəm. Onlar ordunun bu gün olmadığını görmək istəmirlər. Ordunu dağıdan insanları da təbrik edirəm. İqtidarın ən yüksək eşalonlarında xidmət etməyənləri və ordu nə olduğunu bilməyən ordudan ayrılanları təbrik edirəm.

Sizin təbriklərinizi də anlayıram, çünki çox ağrılı bir həqiqəti qəbul etmək istəmirsiniz. İndiki hakimiyyət ordu gününü inancsız insanların Milad bayramını qeyd etdiyi kimi qeyd edir”.

Minasyan sual edib ki, özünü aldatmaq üçün ordu gününü təbrik edənlər 9 mayda nə edəcəklər? Onda da təbrik yazacaqlar?

"Ordu generallardan, zabitlərdən, əsgərlərdən ibarətdir. Əsgərdən başqa bir şeyimiz yoxdur. Bəziləri ya əsirlikdə, ya itkin düşüb ya da Yerablurda dəfn olunub. Onları təbrik edə bilmirəm, qəlbsiz adam da deyiləm. Onlara sadəcə deyirəm ki, uşaqlar, icazə verin dərdinizi çəkim. Bu gün, əslində, yeni tip, fəlsəfə, quruluş və hədəflərə sahib bir ordu yaratmaqdan danışmaq lazım idi. Ancaq bu cür ictimai müzakirəyə başlamaq üçün köhnə ordunun öldüyünü, mövcud olmadığını qəbul etməliyik. Sağlıqla özümüzü aldatmağa davam edirik. Xəstəliyi qəbul etməli, kimdən yoluxduğumuzu anlamalıyıq", - deyə sabiq səfir vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Minasyan   Ordu   Təbrik   Məğlubiyyət  





Xəbər lenti