Avropa İttifaqı əsirlərin qaytarılmasını alqışladı

 Avropa İttifaqı əsirlərin qaytarılmasını alqışladı
  29 Yanvar 2021    Oxunub:2289
Avropa İttifaqı Azərbaycan tərəfindən daha beş erməni hərbi əsirin qaytarılmasını dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü, Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, əsirlərin mübadiləsi hər iki ölkə arasında bölgədə davamlı sülh üçün vacib olan etimadın artırılmasına kömək edəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir nəfər Bakıya, daha beş hərbi əsir isə İrəvana qaytarılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti