“Bundan ən çox Ermənistan faydalanacaq” - Çavuşoğlu

“Bundan ən çox Ermənistan faydalanacaq” -  Çavuşoğlu
  29 Yanvar 2021    Oxunub:2623
Cənubi Qafqazda atəşkəs əldə olunub. Lakin bununla kifayətlənmək olmaz və atəşkəsin qalıcı olması üçün öz töhfəmizi verməliyik.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.
XİN rəhbəri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə bölgədə 3+3 formatında əməkdaşlıq planlaşdırılır.

"İranlı həmkarım bu çərçivədə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanda səfərdə olub. Qafqazda sülh və sabitlik hər kəsə faydalıdır, bu, bölgə ölkələrinin xeyrinə olacaq. Ən çox isə Ermənistan və erməni xalqı faydalanacaq. Onlardan bu istiqamətdə konstruktiv addımlar atılmasını gözləyirk".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti