Aİ azad edilmiş ərazilərdə layihələr həyata keçirə bilər

 Aİ azad edilmiş ərazilərdə layihələr həyata keçirə bilər
  29 Yanvar 2021    Oxunub:2265
Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələr həyata keçirə bilər.
Azvision.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycanın bütün ərazilərində layihələrin həyata keçirilməsi mümkündür.

“Azad edilmiş ərazilər təhlükəsiz olduqdan, insanlar ora qayıtdıqdan sonra bizim layihələrimizin orada vüsət alması yaxşı olar. Aİ-nin yüksək rütbəli məmurlarının qeyd etdiyi kimi qurum münaqişənin hərtərəfli həlli, bərpa işlərinin aparılmasını, qarşılıqlı etimadın qurulmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Amma başa düşürük ki, bunun üçün vaxt lazımdır. Bunlar tez baş verməyəcək. Qeyd etdiyim şərtlərin təminindən sonra layihələrin həyata keçirilməsi mümkün olar”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KestutisYankuaskas  





Xəbər lenti