“Taliban” xarici qoşunların Əfqanıstandan çıxmasını gözləyir

“Taliban” xarici qoşunların Əfqanıstandan çıxmasını gözləyir
  29 Yanvar 2021    Oxunub:2210
“Taliban” hərəkatı Əfqanıstanda qalan xarici qüvvələrin aprel ayının sonuna qədər ölkəni tərk edəcəyini gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatının Qətərdəki siyasi ofisinin nümayəndəsi Şer Məhəmməd Abbas Stanikzay deyib.

Tehran Talibanla iqtisadi əməkdaşlıq barədə anlaşma imzalayıb
"Amerika və digər xarici qoşunların Əfqanıstandan çıxarılması üçün son tarixə yalnız üç ay qaldı. Əksər hissə çıxarılıb, yalnız bir neçə min nəfər qalıb. Ümid edirik ki, aprelin sonlarına qədər onlar da Əfqanıstanı tərk edəcəklər”, - “Taliban” nümayəndəsi deyib.

O, Co Baydenin rəhbərliyi ilə ABŞ-ın Doha sülh müqaviləsinə riayət etməyə davam edəcəyini gözlədiklərini vurğulayıb:

"Ümid edirik ki, ABŞ Dohada imzalanan razılaşmaya bundan sonra da əməl edəcək. Bu da ABŞ üçün yaxşı bir şansdır".

Onun sözlərinə görə, Rusiya ABŞ-ın yeni rəhbərliyini Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasına dair razılaşmaları yerinə yetirmək baxımından təsir göstərə bilər.

"Buna ümid edirik. Bu ölkələr prosesdə iştirak edir. Biz onlarla danışırıq və məsələnin sülh yolu ilə həllində dəstək istəyirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Taliban  





Xəbər lenti