Paşinyanı ölümlə hədələyən partiya sədri saxlanıldı

 Paşinyanı ölümlə hədələyən partiya sədri saxlanıldı
  29 Yanvar 2021    Oxunub:2658
Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən “Birləşmiş Ermənistan” partiyasının sədri Vahan Badasyan saxlanılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı olmuş Badasyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.
Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan məlumatı təsdiqləyib.

Xatırladaq ki, Badasyan Paşinyanı ölümlə hədələyərək onun məhv edilməsini istədiyini deyib: "Paşinyan yalnız məğlubiyyətin simvolu olduğu üçün yox, həm də düşmən olduğu üçün aradan qaldırılmalıdır".

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti