Ermənistanda virusa yoluxanların sayı 167 minə çatır

Ermənistanda virusa yoluxanların sayı 167 minə çatır
  29 Yanvar 2021    Oxunub:1891
Ermənistanda son sutka ərzində daha 59 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 166 728 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3069-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 765 nəfərdir. Aktiv xəstələrin sayı 5984 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti